Oturduğunuz yerdən bir neçə kliklə sizə lazım olan mütəxəssizi tapın.
İSTİFADƏ QAYDALARI
Ümumi Şərtlər
• Bu tətbiqi yükləyib istifadə etməklə, siz aşağıdakı şərtləri qəbul etmiş sayılırsınız. Əgər bu şərtlərlə razı deyilsinizsə, tətbiqi istifadə etməməyiniz xahiş olunur.
• Tətbiq mülkiyyət hüquqlarına və müəllif hüquqlarına uyğun olaraq qorunur və yalnız şəxsi istifadə üçün nəzərdə tutulub.
• İstifadəçi Hesabı
• Tətbiqi tam şəkildə istifadə etmək üçün istifadəçi hesabı yaratmaq zəruridir. Hesab məlumatlarını təhlükəsiz saxlamaq istifadəçinin məsuliyyətidir.
• İstifadəçi hesabı yaratmaq üçün tələb olunan məlumatların doğruluğu və aktuallığından istifadəçi məsuliyyət daşıyır.
• Məxfilik və Məlumatların Toplanması
• İstifadəçilərin şəxsi məlumatları məxfilik siyasətimizə uyğun olaraq toplanır, saxlanılır və qorunur.
• Məlumatların toplanması, istifadəsi və paylaşılması ilə bağlı daha ətraflı məlumat üçün tətbiqdə yerləşdirilmiş Məxfilik Siyasəti ilə tanış olun.
• İstifadəçi Hüquqları və Öhdəlikləri
• Tətbiqə yüklənən hər bir məlumat, şəkil və digər materialın məzmununa görə istifadəçi tam məsuliyyət daşıyır.
• İstifadəçi tətbiqdən qanuna zidd və ya üçüncü şəxslərin hüquqlarını pozan fəaliyyətlər üçün istifadə etməməlidir.
• Məzmunun İstifadəsi və İntellektual Mülkiyyət
• Tətbiqin bütün məzmunu, o cümlədən mətnlər, şəkillər, loqotiplər və proqram təminatı müəllif hüquqları və digər mülkiyyət hüquqları ilə qorunur.
• Heç bir material əvvəlcədən yazılı icazə olmadan kopyalana, çoxaldıla və ya kommersiya məqsədi ilə istifadə edilə bilməz.
• Məsuliyyətin Məhdudlaşdırılması
• Tətbiqin istifadəsindən doğan hər hansı zərər və ya itki üçün tətbiq yaradıcıları məsuliyyət daşımır.
• Lazım tətbiqi ilə tətbiqdə paylaşılan xidmətləri göstərən şəxslər arasında heç bir əmək münasibətləri mövcud deyildir və onların xidməti birbaşa icrası zamanı törətmiş olduğu hərəkətlərə görə tətbiq heç bir məsuliyyət daşımır. Bu halda bütün məsuliyyət həmin xidməti birbaşa icra edən şəxsin özünə aiddir.
• Tətbiqdə paylaşılan xidmətin dəyəri, həmin dəyərin artırılıb azaldılması Lazım MMC-nin səlahiyyətləri xaricindədir və tətbiq bu qiymətlərə müdaxilə edə bilməz.
• Xidməti göstərən şəxs ilə həmin xidmətdən istifadə edən istifadəçi arasında ödənişlərlə bağlı yaranan mübahisələr tərəflərin özlərinə aiddir. Tətbiq ödəniş məsələləri ilə bağlı məsuliyyət daşımır.
• Mübahisəli Məsələlər və Həll Yolları
• İstifadəçi ilə tətbiq sahibləri arasında yaranan hər hansı mübahisəli məsələlər, ilk növbədə qarşılıqlı anlaşma yolu ilə həll edilməyə çalışılacaq.
• Əgər qarşılıqlı anlaşma yolu ilə həll mümkün olmazsa, tərəflər müvafiq qanunvericiliyə əsasən Azərbaycan Respublikasının məhkəmələrinə müraciət edə bilərlər.
• Mübahisəli məsələlərin həllində tətbiq qaydaları, məxfilik siyasəti və mövcud qanunvericilik əsas götürüləcəkdir.
• Məsuliyyətin İstisnası: Lazım tətbiqi, istifadəçilər tərəfindən yaranmış hər hansı zərər, itki və ya hüquqi mübahisələrə görə heç bir məsuliyyət daşımır.
• Etik davranış qaydaları
• Tərəflərə xidmətin icra edilməsi zaman qarşılıqlı olaraq etik qaydalara riayət edilməsi Tətbiq tərəfindən arzuolunandır və tərəfləri bu qaydalara riayət etməyə dəvət edir.
• Tərəflər birbirinə qarşı hərhansı etik qaydalardan kənar və ya qanunazidd hərəkətlər törətdiyi təqdirdə Tətbiq tərəfindən arzuolunmaz şəxslər hesab olunacaqdır. Bu şəxslərin yenidən bu tətbiqdən hər hansı formada istifadə etməsi qadağan olunacaqdır.
• Tərəflərin birbirinə qarşı qeyd olunan Etik Qaydalardan kənar və ya qanunazidd hərəkətlər törətməsinə görə Lazım MMC heç bir məsuliyyət daşımır.
• Qiymətləndirilmə
• Xidmət bitdikdən sonra tərəflərin verdiyi dəyərləndirməyə əsasən hər iki İstifadəçinin “qiymətləndirilmə dərəcəsi” formalaşacaqdır. “Qiymətləndirmə dərəcəsi” tətbiqdə digər istifadəçilər tərəfindən görünən olacaqdır. “Qiymətləndirmə dərəcəsi” istifadəçilərə gələcəkdə hər hansı güzəşt verilib verilməməsi məsələlərində nəzərə alınacaqdır.
• Qaydaların Dəyişdirilməsi və Yenilənməsi
• Bu İstifadəçi Qaydaları hər zaman yenilənə bilər. Qaydalarda edilən dəyişikliklər tətbiqdə yayımlandığı andan etibarən qüvvəyə minir.
• İstifadəçilər tətbiqdə yayımlanan yeni qaydaları izləməli və tətbiqdən istifadə etməzdən əvvəl yenilənmiş qaydalarla tanış olmalıdır.
• Əlaqə
• İstifadəçi qaydaları ilə bağlı hər hansı bir sualınız varsa, tətbiqin dəstək xidməti ilə əlaqə saxlaya bilərsiniz.
Məxfilik Siyasəti
1. Giriş
Bu Məxfilik Siyasəti, “LAZIM” tətbiqindən istifadə edən zaman təqdim etdiyiniz məlumatların toplanması, istifadəsi və qorunması qaydalarını açıqlayır. İstifadəçilər qeydiyyat zamanı bu siyasəti qəbul etmiş sayılırlar.
2. Toplanılan Məlumatlar
2.1 Şəxsi Məlumatlar:
- Ad və Soyad: Sizi identifikasiya etmək üçün tələb olunur.
- Əlaqə Məlumatları: Telefon nömrəsi və e-poçt ünvanı. Bu məlumatlar sizinlə əlaqə saxlamaq üçün istifadə olunur.
- Ödəniş Detalları: Bank kartı məlumatları və ya digər ödəniş metodları yalnız ödəniş proseslərinin həyata keçirilməsi üçün toplanır və təhlükəsizlik protokolları ilə qorunur.
2.2 Texniki və İstifadə Məlumatları:
- Qurğu Məlumatları: Tətbiqi istifadə etdiyiniz cihaz haqqında məlumatlar, məsələn, cihazın modeli, əməliyyat sistemi.
- Giriş Qeydləri və İstifadə Təfərrüatları: Tətbiqin istifadəsi zamanı toplanan məlumatlar (giriş tarixləri, səhifə baxışları və s.) tətbiqin inkişafı və xidmətin optimallaşdırılması məqsədi ilə istifadə olunur.
3. Məlumatların İstifadəsi
Topladığımız məlumatlar aşağıdakı məqsədlər üçün istifadə olunur:
- Xidmətlərin Təkmilləşdirilməsi: Sizin ehtiyaclarınıza uyğun daha yaxşı xidmət təqdim etmək.
- Əlaqə və Müştəri Dəstəyi: Suallarınıza cavab vermək və problemləri həll etmək.
- Təhlükəsizlik: Fırıldaqçılıq və təhlükəsizlik tədbirlərini gücləndirmək.
4. Məlumatların Paylaşılması
Məlumatlarınız yalnız aşağıdakı hallarda paylaşılacaq:
- Təhlükəsizlik və Hüquq: Qanunvericiliyə uyğun şəkildə və məhkəmə qərarı ilə tələb olunduqda.
- Xidmət Təminatçıları: Ödəniş və digər dəstək xidmətlərini təmin edən etibarlı tərəfdaşlar.
5. Məlumatların Qorunması
Məlumatlarınız təhlükəsizlik texnologiyaları və şifrələmə metodları ilə qorunur və yalnız icazəli şəxslər tərəfindən istifadə edilə bilər.
6. Siyasətdə Dəyişikliklər
Bu siyasət dəyişdirildikdə, tətbiqdə və ya e-poçt vasitəsilə bildiriş göndəriləcək.